12px13px15px17px
Tarix:21/08/13

“Microsoft” 6 ölkədə “Outlook” poçtundan “Skype” ilə zəng funksiyasını işə salır

"Microsoft" korporasiyası ABŞ, Almaniya, Fransa, Braziliya, Kanada və Böyük Britaniyadakı "Outlook.com" servisinin istifadəçilərinə birbaşa elektron poçtundan "Skype" vasitəsilə audio və videozənglər etməyə şərait yaradıb.

"Skype" ilə inteqrasiya "Outlook.com" istifadəçilərinə bilavasitə elektron poçtdan internetlə zəng etməyə imkan verir. Funksiyadan istifadə etmək üçün "Internet Explorer", "Chrome" və ya "Firefox" brauzerləri üçün plagin yükləmək lazımdır. Sonra istifadəçinin şəxsi qeydləri "Microsoft" akkauntu ilə hər iki servisdə inteqrasiya edilməlidir ki, "Skype"da olan kontaktlar "Outlook.com" kontaktlar siyahısına əlavə edilsin. Danışığa başlamaq üçün kursor istifadəçinin fotoşəkli üzərinə gətirilməli və "Skype-zəng" düyməsi basılmalıdır.  

"Outlook.com" üçün "Skype"ın sınaq versiyasını ilk dəfə Böyük Britaniya istifadəçiləri əldə ediblər, lakin indi "Microsoft" ABŞ, Almaniya, Fransa, Braziliya, Kanada daxil olmaqla funksiyanın kütləvi şəkildə işə salınmasını bəyan edib. Digər dünya ölkələrində şirkət servisi yaxın vaxtlarda işə salacağına söz verir, - "RİA Novosti www.ria.ru" yazır.  






Baxış sayı: 653

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024