12px13px15px17px
Tarix:22/08/13

Azərbaycanın İT şirkəti yüksək status alıb


Azərbaycanın  İT şirkətləri sırasında sistem inteqrasiya sahəsində  aparıcı şirkət olan “Ultra”  “Oracle Platinum Partner”  statusunu  alıb. Bu barədə "ICTnews" xəbər xidmətinə “Ultra”dan məlumat verilib.

Məlumat üçün bildirək ki, “Oracle Platinum Partner” statusu “Oracle” məhsullarının satışı və tətbiqində yüksək nailiyyətlər əldə etmiş və eyni zamanda, heyətində “Oracle” texnologiyaları üzrə yüksəkixtisaslı peşəkarlara malik olan şirkətlərə verilir. “Oracle Platinum Partner” statusu əldə etmək üçün namizəd partnyorlar bir sıra tələbləri yerinə yetirməli, öz peşəkarlığını artırmalıdır.

1977-ci ildən yaranan bu şirkət, verilənlər bazasının idarəetmə sistemləri, uzlaşdırıcı proqram təminatı və biznes-həllərin (ERP və CRM, ixtisaslaşmış sahələr üçün həllər) istehsalı ilə məşğuldur. “Oracle” şirkətinin ən məşhur məhsullarından biri olan “Oracle” Verilənlər Bazasını yarandığı tarixdən bu günə kimi istehsal edir və inkişaf etdirərək təkmilləşdirir.

Qeyd edək ki, “Ultra”  2010-cu ildən ABŞ-ın “Oracle” şirkəti tərəfindən “Oracle Gold Partner” statusuna layiq görülüb. Şirkətin direktoru Zaur Məmmədzadə yeni statusla bağlı bildirib ki, “Oracle Platinum Partner” şirkət üçün böyük bir şərəf olduğu kimi, eyni zamanda da məsuliyyətdir:

“Dünya lideri olan “Oracle” şirkətindən dəstək qazanmaq, artıq nailiyyət əldə etmək deməkdir. Bunun, əlbəttə ki, öhdəlikləri - keyfiyyətli servis xidmətini müvafiq korporativ standartlara uyğun təqdim etməkdir. Biz komandamızın heyətinə və gələcək uğurlarımıza inanırıq  və mən ümidvaram ki, “Oracle Platinum Partner” statusunun etibarını doğruldacağıq”.

SEYMUR
 




Baxış sayı: 870

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024