12px13px15px17px
Tarix:22/08/13

“ATLAS” robotu təbii fəlakətlərin nəticələrini aradan qaldırmağa yardım edəcək

“DARPA” şirkəti “DARPA Robotics Challenge” (DRC) sərgisində diqqət çəkəcək insanabənzər “ATLAS” robotunun hazır versiyasını nümayiş etdirib.

Boyu 6 fut 2 düym (1,88 м) və çəkisi 330 funt (150 кq) olan robot göstəricilərinə görə əksər insanlardan üstündür. Müqayisə üçün qeyd edək ki, Yaponiyanın “HRP-4” robotu insan parametrlərinə daha çox yaxındır və onun boyu 5 fut (1,5 м), çəkisi 86 funt (39 кq) təşkil edir.

“Boston Dynamics” sirkətinin mühəndisləri hidravlik nasos və istilik tənzimləyicisindən istifadə edərək 28 oynağın qidalanması üçün robotu hidravliklə təchiz ediblər. Bunun sayəsində hidravlik qüvvət onu digər elektrik mühərrikli robotlardan daha güclü etsə də, idarəetmədə bir sıra çətinliklər yaradır.

Robot “Boston Dynamics” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmayan komponentlərlə təchiz edilib. Bəzi detallar, məsələn, bir neçə kamerası olan baş hissə Karneqi-Mellon Universiteti, dördbarmaqlı əllər isə “iRobot and Sandia National Labs” şirkəti tərəfindən hazırlanıb.

İlk nümayişdən sonra vəziyyət çətinləşəcək və 2014-cü ilin sonuna final mərhələsi olacaq. “DARPA”nın gələcək robot texnikasına və təbii fəlakətlərə reaksiyaya, eləcə də hərbi sahəyə böyük təsir göstərəcəyi gözlənilir, - “Weblaboratory www.weblaboratory.org” yazır.



Baxış sayı: 801

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024