12px13px15px17px
Tarix:22/08/13

Oqtay Şirəliyev: “Səhiyyə Nazirliyi 38 elektron xidmətin göstərilməsini nəzərdə tutub”

"Müasir informasiya texnologiyalarının səhiyyə sisteminə tətbiq edilməsi sahəsində də əhəmiyyətli işlər görülüb. İnformasiya texnologiya infrastrukturunun inkişaf etdirilməsi və yeni texnologiyaların, eyni zamanda elektron proqramların tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması nazirliyin prioritet istiqamətlərindən biri olub".

"ICTnews" xəbər xidmətinin məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının rəsmi saytına verdiyi müsahibəsində səhiyyə naziri Oqtay Şirəliyev söyləyib. Nazir qeyd edib ki, bu məqsədlə vahid səhiyyə informasiya mühitinin formalaşdırılması, tətbiq edilməsi, digər informasiya sistemləri və məlumat bazaları ilə əlaqələrin təşkil edilməsi məsələləri üzrə fəaliyyəti həyata keçirmək üçün Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi yaradılıb. Onun sözlərinə görə, "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində "Vətəndaşların elektron sağlamlıq kartı" sistemi yaradılaraq fəaliyyətə başlayıb:

"Hazırda müxtəlif xəstəliklər üzrə 10-a yaxın registr, yoluxucu xəstəliklərin elektron müşahidə sistemi, dərman maddələrinin dövriyyəsi, təcili tibbi yardım stansiyasının dispetçer xidməti və s. sahələrdə elektron proqramlar istifadə olunur. Tibbi kadrlar barədə elektron bazanın yaradılması istiqamətində böyük işlər aparılıb. Tibbi kadrların vahid registri, işə qəbul üzrə elektron əmr sistemi, tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün e-müraciət və sənədlərin qəbulu, xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması üzrə elektron proqramlar fəaliyyət göstərir".

O.Şirəliyev onu da qeyd edib ki, səhiyyə sahəsində elektron xidmətlərin genişləndirilməsi istiqamətində də işlər aparılır: "Nazirlik tərəfindən 38 elektron xidmətin göstərilməsi nəzərdə tutulub. Hazırda nazirliyin rəsmi internet səhifəsində "Elektron xidmətlər" bölməsi yaradılıb və 11 elektron xidmət artıq fəaliyyət göstərir".

SEYMUR



Baxış sayı: 1300

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024