12px13px15px17px
Tarix:23/08/13

Koreya alimləri yığılan elektrik maşın hazırlayıb (VİDEO)

Böyük və əhalinin sıx məskunlaşdığı şəhərlərdə avtomobil dayanacağı tapmaq ciddi problemdir. Bu səbəbdən Avropada mini-formatlı avtomobillərə üstünlük verilir.

Lakin Koreyanın aparıcı elmi-texniki institutunda işləyən alim və konstruktorlar, hətta sözügedən miniatür nəqliyyat vasitələrinin ölçülərini də kiçiltmək üsulunu tapıblar. Onların yaratdığı "Armadillo-T" elektrik maşını yığılmağa qadirdir. Aşağıdakı videoda bunu əyani görmək mümkündür:

 
"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, bundan başqa avtomobildə bir sıra yeniliklər həyata keçirilib. Məsələn, 100 km məsafəni qət etmək üçün onun 13,6 kVt/saat tutumunda akkumulyatoru 10 dəqiqə ərzində lazımi elektrik enerjisini toplamağa "qadirdir". Dörd ədəd elektrik mühərriki birbaşa təkərlərə quraşdırılıb ki, bu da avtomobili səmərəli  idarə etmək üçün bir sıra üstünlüklər yaradır.

     


Emil Hüseynov




Baxış sayı: 1686

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024