12px13px15px17px
Tarix:23/08/13

Mühəndislər sabitləşmə sisteminə malik qaşıq yaradıblar

Amerikanın “Liftware Spoon” şirkəti Parkinson və bəzi başqa xəstəliklərdən əziyyət çəkən insanlar üçün nəzərdə tutulmuş “ağıllı” qaşıq hazırlayıb. Qurğu insan əlinin titrəməsini müvazinətləşdirir və beləliklə, qaşıqda olan yeməyin sıçramasının qarşısını alır. Titrəmənin qarşısını alan sözügedən texnologiya ilk öncə hərbi məqsədlər üçün işlənib hazırlanıb.

“ICTnews.az” elektron xəbər xidməti “http://zhelezyaka.com” saytına istinadən bildirir ki, “Liftware” qaşığı ona quraşdırılmış sensorların köməkliyi ilə daima istifadəçinin əl hərəkətlərini izləyir və qulpuna yerləşdirilmiş motorlar sayəsində öz vəziyyətini həm üfüqi, həm də şaquli sabitləşdirir. Şirkət nümayəndələrinin sözlərinə görə, bu qaşıq cari ilin sentyabrında satışa çıxarılacaq.

Emil Hüseynov
 
 
 



Baxış sayı: 731

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024