12px13px15px17px
Tarix:23/08/13

Polşa bütün ölkə vətəndaşları haqqında olan serverlərin yerini məxfi saxlayır

Polşanın İT mütəxəssisləri tam məxfilik şəraitində 38 milyon vətəndaşın şəxsi məlumatlarının olduğu serverləri yeni yerə köçürüblər.

Serverlərin daşınması 150 nəfərin iştirakı ilə 3 gün davam edib. Əməliyyat zamanı gözlənilməz halların, o cümlədən serverlərdə mümkün nasazlıqların baş verə biləcəyindən ehtiyatlanan mütəxəssislər məlumatların 6 ehtiyat nüsxəsini hazırlayıblar. İnformasiyanın təhlükəsizliyini hökumətin Mühafizə İdarəsinin gücləndirilmiş dəstələri təmin edib. Serverlərin yeni yeri naməlumdur.

Serverlərdə "PESEL" identifikasiya nömrələri informasiya sistemi saxlanılıb. "PESEL"-də vətəndaşların pasport və onların sağlamlıq vəziyyəti barədə informasiya daxil olmaqla hər bir polşalı haqqında məlumat var. Ekspertlərin bildirdiyinə görə, serverlər köçürülməmişdən əvvəl məlumatların itirilməsi riski böyük olub.

Belə ki, əvvəlki yerdə elektrik və kondisioner sistemində problemlər yaranıb, avadanlıq isə köhnə olub. Polşa Daxili İşlər Nazirliyinin informasiya mərkəzinin direktoru Bonç Tomaşevskinin sözlərinə görə, elementlərdən birində qəzanın baş verməsi böyük fəsadlara səbəb ola bilərdi. 
  
Avadanlığın köçürülməsi üzrə əməliyyat 3 ay hazırlanıb,- "Lenta www.lenta.ru" yazır.



Baxış sayı: 732

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024