12px13px15px17px
Tarix:23/08/13

İnternet tariflərinin aşağı salınması üzrə yekun təklif hazırlanır


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya Texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulan bəndlərin icrasını davam etdirir.
 
Hazırda Tədbirlər Planının icrası çərçivəsində rabitə və internet xidmətləri tariflərinin həmin xidmətlərin maya dəyərinə uyğunlaşdırılması ilə bağlı işlər aparılır. Belə ki, telefon rabitəsi üzrə tariflərə yenidən baxılması üçün tarif paketi hazırlanıb və Tarif Şurasına təqdim olunub.
 
Eyni zamanda rəqəmli yayıma keçidlə əlaqədar televiziya yayım  tarifləri üzrə təkliflər də hazırlanaraq baxılması üçün Tarif (qiymət) Şurasına təqdim olunub.
 
Bundan başqa, internetin qiymətinin aşağı salınması məqsədi ilə internetin qiymətlərinin formalaşmasında iştirak edən xərclərin analiz edilməsi üçün həmin xərclərin və internetin tariflərinin (fiber-optik kabel üzərindən evlərə internetin təşkili tarifləri də daxil olmaqla) aşağı salınması üzrə “Aztelekom” İB, BTRİB və özəl provayderlərin təklifləri alınıb və yekun təklifin hazırlanması işləri aparılır.
 
 



Baxış sayı: 917

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024