12px13px15px17px
Tarix:23/08/13

İnternet portları da daşınacaq

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi  mobil nömrələrin daşınması sistemində olduğu kimi, internet provayderlər üzrə "İnternet portlarının daşınması" sistemini də həyata keçirəcək. Bununla da istifadəçi öz istəyinə uyğun olaraq internet provayderini  seçə biləcək.

Artıq sistemin texniki bazası hazır vəziyyətə gətirilmiş, hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində isə müvafiq tədbirlər görülür.

"İnternet portlarının daşınması" sistemi yaxın vaxtlarda istifadəçilərin ixtiyarına veriləcək.  Bu isə öz növbəsində provayderlər arasında  şəffaf, ədalətli rəqabət mühitini təmin edəcək, eyni zamanda, keyfiyyəti yüksəldəcək.  
 




Baxış sayı: 1273

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024