12px13px15px17px
Tarix:23/08/13

“Apple” naviqasiya tətbiqlərini satın almağa davam edir

Təxminən bir il əvvəl "Apple" şirkətinin tarixində böyük uğursuzluq yaşanıb: "iOS 6" platformasına quraşdırılmış "Xəritə" naviqasiya tətbiqinin funksionallığı zəif olub və çoxlu səhvlər qeydə alınıb. Sözügedən hadisədən bir il ötsə də, Tim Kukun firması naviqasiya xidmətləri və tətbiq tərtibatçılarını satın alaraq onu təkmilləşdirməyə davam edir.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, "iPad" istehsalçısı sonuncu dəfə ABŞ-da ictimai nəqliyyat üzrə bələdçi tətbiqinin tərtibatçısı "Embark" şirkətini satın alıb. Bu barədə əvvəllər "The Wall Street Journal"da frilanser jurnalist işləmiş Cessika Less deyib. Hazırda "Embark" şirkətinin "App Store" onlayn dükanında on tətbiqi mövcuddur. Onlar ABŞ-ın Nyu-York, Boston, San-Fransisko və bir sıra başqa şəhərlərin ictimai nəqliyyatının xəritə və cədvəllərini özündə saxlayır.

"Apple" şirkəti bu informasiyanı təsdiqləyib, lakin şərh verməkdən imtina edib. Sazişin dəyəri dəqiq bilinmir.
Jurnalist deyib ki, Amerika şirkəti "Embark"ın həllərini "iOS" platformasına quraşdırılmış öz naviqasiya tətbiqinə inteqrasiya etmək niyyətindədir.

Emil Hüseynov




Baxış sayı: 884

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024