12px13px15px17px
Tarix:23/08/13

Azərbaycanda bütün arayışları elektron formada almaq olacaq

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ”Elektron hökumət”in inkişafı üzrə yeni proqram hazırlayıb.

 Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “ICTnews” xəbər xidmətinin ölkədə elektron arayışların verilməsi ilə bağlı sualını cavablandıraraq qeyd edib ki, bu proqramın tətbiqinə başlandıqdan sonra göstərilən xidmətlərin elektronlaşması prosesi gücləndiriləcək. 

“Bu il yanvarın 1-dən etibarən artıq Azərbaycanda elektron dövlət xidmətlərinin göstərilməsinə başlanılıb. Avqust ayının 1-nə olan məlumata əsasən, əhaliyə dövlət orqanları tərəfindən  300 mindən çox elektron dövlət xidməti göstərilib. Yeni proqram üzərində işlər  son mərhələdədir və onun tətbiqi ilə dövlət orqanlarının xidmətlərinin elektronlaşması prosesi gücləndiriləcək”,- deyə nazir bildirib.

Aynur Vəliyeva
 



Baxış sayı: 811

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024