12px13px15px17px
Tarix:24/08/13

"Apple" elastik noutbuklar istehsal edəcək

"Apple" korporasiyası bərk materialların emalı texnologiyasını patentləyib, onların köməkliyi ilə yığcam texnikanın (məsələn, noutbuk) detallarının hissələrini elastik hazırlamaq olar. Müvafiq patent ərizəsi ABŞ-ın Ticarət markaları və patentlər üzrə bürosunun rəsmi saytında yerləşdirilib .

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, yeni texnologiya "Interlocking flexible segments formed from a rigid material" adlanır. Amerika şirkəti bərk materiallar dedikdə metal, ərinti və plastmas nəzərdə tutur.

"Apple" sözügedən ərizəni 2013-cü ilin fevralın ortalarında ABŞ-ın Ticarət markaları və patentlər üzrə bürosuna göndərib. Cümə axşamı büro ərizə ilə bağlı müsbət qərar verib.

Emil Hüseynov
 
 



Baxış sayı: 694

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024