12px13px15px17px
Tarix:24/08/13

Azərbaycanda virtual xidmətlərin genişləndirilməsi planlaşdırılır


Azərbaycanda İKT sektorunun inkişafının növbəti mərhələsində virtual xidmətlərin daha da genişləndirilməsi nəzərdə tutulub.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, hazırda Azərbaycan internet resursları əksər hallarda Qərbi Avropa və yaxud da Şimali Amerikada yerləşən serverlərdə saxlanılır.
“Gələcəkdə “*.az” domen zonasının genişləndirilməsi üçün müvafiq proqramlar çərçivəsində elektron təhsil, elektron ticarət, elektron tibb, elektron sosial xidmətlərin göstərilməsi,  virtual bazarın genişləndirilməsi tələb olunur”,- deyə nazir bildirib.

Ə. Abbasov qeyd edib ki,  elektron hökumət xidmətlərinin gücləndirilməsi nazirliyin əsas məqsədlərindən biridir. “Bu prosesdə əsas maneələrdən biri texnoloji problemlərdir və məmurların dövlət orqanlarının fəaliyyətinin elektronlaşmasına həvəssiz yanaşmasıdır.

Azərbaycanda qəbul edilmiş Korrupsiya ilə mübarizə, Əhaliyə sosial xidmətlərin göstərilməsi və s. proqramlar çərçivəsində dövlət xidmətlərinin elektronlaşması əsas məsələlərdən biridir və  bu, dövlət orqanlarının fəaliyyətinin şəffaflığının artırılmasına yönəldilmiş proqramlardır. İKT-nin inkişafının digər iki  əsas amilləri insanların şəxsi məlumatlarının informasiyalarının təhlükəsizliyinin qorunması və internetdə fikir azadlığının təmin edilməsidir. Hazırda bu istiqamətdə qanunvericilik bazası hazırlanır, beynəlxalq tədbirlərin  ölkədə keçirilməsi istiqamətində işlər aparılır, İTU və digər beynəlxalq təşkilatlarla  əlaqələr genişləndirilir, təcrübə mübadiləsi üçün şərait yaradılır”, - deyə nazir qeyd edib.

Aynur Vəliyeva
 
 



Baxış sayı: 852

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024