12px13px15px17px
Tarix:24/08/13

"Microsoft" şirkəti baş direktor axtarır

"Microsoft" korporasiyasının baş direktoru Stiv Ballmer vəzifəsini bir il müddətində tərk edəcək. Amerika korporasiyası xüsusi komitə yaradıb və direktorlar korporasiyasının direktorlar şurasının sədri Bill Qeyts orada təmsil olunur. Komitə "Microsoft" üçün yeni daimi baş direktorun axtarışı ilə məşğul olacaq. Şirkət dünən bu cür bəyanat yayıb.

Bəyanata əsasən, "Microsoft" şirkətinin yeni liderə ehtiyacı var: o, həm şirkətin özündən, həm də kənardan ola bilər.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, investorlar Ballmerin istefası ilə bağlı xəbərə müsbət reaksiya veriblər və deyiblər ki, Ballmerin gedişi şirkət üçün müsbət xəbərdir, çünki o, çoxlu səhvə yol verib: "Windows Vista" əməliyyat sisteminin uğursuzluğu, mobil bazara gec daxilolma və Bill Qeyts tərəfindən formalaşdırılmış idarəetmə komandasının dağıdılması.

"Bizə uzun müddət "Microsoft" şirkətində işləyəcək yeni CEO lazımdır. Bu, şirkət üçün çox mühümdür," - o deyib. "Microsoft işləmək üçün gözəl yerdir və mən onu sevirəm. Biz şirkətin dövriyyəsini 7.5 milyondan 78 milyard dollaradək, həmçinin əməkdaşların sayını 30-dan 100 minədək artırmağa müvəffəq olduq".
Xatırladaq ki, Stiv Ballmer 2000-ci ildə korporasiyanın direktoru vəzifəsində işləməyə başlayıb.

"Bloomberg" nəşrinin məlumatlarına əsasən, Stiv Ballmer dünyanın ən zəngin insanları siyahısında 47-ci pillədə qərarlaşıb, onun varidatı 16 milyard dollar təşkil edir.

Emil Hüseynov
 
 



Baxış sayı: 778

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024