12px13px15px17px
Tarix:26/08/13

Xaricdə təhsil alan azərbaycanlılar şəbəkələşir


Xarici ölkələrdə fəaliyyət göstərən ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələrin, eləcə də təhsillərini başa vurmuş məzunların şəbəkələşməsi, onların informasiya-kommunikasiya texnologiyalarından istifadə edərək əlaqə qurmaları və bilik və bacarıqlarını bölüşməsini təmin etmək məqsədi ilə növbəti addım atılacaq.

"ICTnews.az"-ın məlumatına görə,  Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) yay forumunda 45-dən çox ölkədən 600-ə yaxın tələbə və məzunun iştirakı planlaşdırılır. Bununla bağlı ASAIF-in yaydığı informasiyada bildirilir ki, forumda bu il dövlət proqramı ilə təhsil alacaq hər bir gənc ərizə formasını doldurmadan iştirak edə biləcək.

ASAIF-in hər il belə forumlar keçirməkdə məqsədi tələbə və məzunlar arasında şəbəkələşmə prosesini gücləndirmək, xaricdə məzun olmuş gənclərin məzun olacaq insanlarla təcrübə mübadiləsi aparmaq, Azərbaycanda baş verən dəyişikliklər, məzun olmuş gənclərin işlə bağlı problemlərinin həlli, diaspor və lobbiçilik fəaliyyətində yeni istiqamətlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqların xarici ölkələrdə təbliğ olunmasıdır.

"Builki forumda da yeni simaları, xaricdə təhsil alan və ya məzun olmuş yeni gənc dostlarımızı tanımaq, onların xaricdəki fəaliyyətləri haqqında məlumat almaq bizim üçün çox əhəmiyyətlidir. Hər il ASAIF-in sıralarından çıxan fəal gənclərimiz çox qısa zamanda cəmiyyətdə öz yerini tapırlar. Bu da forumun gənclərə yaratdığı ən gözəl platformadır" – deyə ASAIF-dən bildirilib.

SEYMUR
 



Baxış sayı: 844

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024