12px13px15px17px
Tarix:26/08/13

“Facebook” “Shutterstock” fotobankı ilə əməkdaşlığa başlayır

Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook” “Shutterstock” fotobankı ilə əməkdaşlıq sazişi bağlayıb. “Facebook”un səhifələrində elan yerləşdirən elan verənlər sözügedən fotobankın bazasındakı fotolardan ödənişsiz istifadə edə biləcəklər.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, peşəkar fotobankın unikal fotoşəkillərindən istifadə elan verənlərə öz elanlarına daha çox diqqət cəlb etməyə imkan verəcək. Bu, həm onlara, həm də “Facebook” administrasiyasına sərfəli olacaq. Fotoşəkillərin müəllifləri isə sosial şəbəkə istifadəçisinin maraqlandığı hər elandan müəyyən faiz alacaqlar.

Emil Hüseynov
 
 
 
 



Baxış sayı: 649

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024