12px13px15px17px
Tarix:27/08/13

Distant təhsil üzrə xarici ali təhsil müəssisələrinin diplomlarının Azərbaycanda tanınmasına müvafiq akt qüvvəyə mindikdən sonra baxılacaq

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 10.5-ci maddəsində distant təhsilalma forması üçün müvafiq təhsil proqramının tətbiq edilməsi tələbi nəzərdə tutulub.

Amma hazırda Azərbaycanda müvafiq icra mexanizmi təsdiq edilmədiyindən, distant təhsilalma formasında xarici ali təhsil müəssisələrinin məzunlarının diplomlarının  ölkə ərazisində tanınması (nostrifikasiya) həyata keçirilmir.

Bu sahədə müvafiq normativ-hüquqi akt qüvvəyə mindikdən sonra qeyd edilən məsələyə baxılacaq.

Bu barədə məlumat verən Təhsil Nazirliyindən bildirilib ki, “Təhsil haqqında” qanuna əsasən, təhsilalma formalarından biri də distant təhsildir: “Lakin tədrisin distant formada icra mexanizmi olmadığından respublikanın ali təhsil müəssisələrində distant təhsilalma forması tətbiq edilməyib”.
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 2505

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024