12px13px15px17px
Tarix:28/08/13

“Ağıllı” saatlar Berlində nümayiş olunacaq


“Samsung” şirkəti “Galaxy Gear” adlı “ağıllı” saatını sentyabrın 4-də Berlində keçiriləcək tədbirdə nümayiş etdirəcək. Bu barədə “The Korea Times” nəşrinə verdiyi müsahibədə “Samsung”un mobil bölməsinin icraçı vitse-prezidenti Li Yen Xi deyib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Li Yen Xinin sözlərinə görə, “ağıllı” saatlar “Android” əməliyyat sistemi ilə işləyəcək və onlar elastik ekranla təchiz edilməyəcək. Lakin top-menecer deyib ki, qurğunun növbəti modelləri elastik ekranla təchiz edilə bilər.

“Samsung”un sentyabrda nümayiş etdirəcəyi saat dəblə ayaqlaşan gənclər üçün nəzərdə tutulacaq” - Li Yen Xi deyib. Ehtimal ki, qurğu smartfon və ya planşet üçün əlavə olacaq.

Təxminlərə əsasən, aparat 5,68 düymlük ekran, dördnüvəli prosessor və 13 meqapiksellik kamera ilə təchiz ediləcək.

Emil Hüseynov
 



Baxış sayı: 776

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024