12px13px15px17px
Tarix:28/08/13

“Nokia Lumia 925”-in Azərbaycanda satışına başlanılıb


Dünyanın ən yenilikçi smartfonunun yeni versiyası zəif işıqlanma şəraitində ən yaxşı fotoşəkilləri əldə etmək imkanı verir
 
“Nokia”  şirkəti  qabaqcıl, bir sıra mükafatlara layiq görülmüş flaqman smartfonu “Nokia Lumia 920”-nin yeni modelini – “Nokia Lumia 925”-in Azərbaycanda satışına başladı. “Nokia Lumia 925” həllini metal korpusda tapmış və özündə “PureView” fotoçəkilişin son texnologiyalarını, həmçinin “Nokia Lumia” sinfinin smartfonları üçün mümkün ola biləcək yeni funksiyalar və quraşdırılmış proqram əlavələrini  təqdim edir.
Ölkəmizdə smartfonun satışları “Bakcell” şəbəkəsində yeni kampaniya çərçivəsində başlayıb. Pərakəndə qiymət  600 manatdır. Əlavə olaraq  hər bir alıcıya “Bakcell”dən 600 manatlıq balansa hədiyyə olacaq. Smartfonlar “İrşad Telekom”, “Nano Elektroniks” və “Wentto Telekom” şəbəkələrində həyata keçiriləcək. Həmçinin də “Evo store” mağazasında məhdud sayda bu smartfonun satışı təşkil olunub.

“Nokia Lumia 925” modeli fotokameranın ən qabaqcıl texnologiyasını, həmçinin təsvirlərin işlənməsi üçün məhdud işıqlanma şəraitində ən mükəmməl çəkilişlə yanaşı, foto və videoda daha yüksək aydınlıq və parlaqlığı əldə etməyi təmin edən yeni nəsil proqram təminatını təklif edir. Bundan savayı “Nokia Lumia 925”-də  “Amber” yenilənməsindən sonra bütün “Windows Phone 8” ƏS üzərində  işləyən “Lumia” smartfonları üçün mümkün olacaq “Smart Camera” rejimi var. “Nokia”nın “Smart Camera” rejimi bir anda 10 kadr etməyə və bir yüksək keyfiyyətli mükəmməl kadrın yaradılması üçün "Ən yaxşı şəkil" (Best Shot), "Hərəkətdə şəkil" (Action Shot) və "Hərəkət edən obyekt üzərində fokuslanma" (Motion Focus) kimi  funksiyaların köməyi ilə onları redaktə etməyə imkan verir.
 
 
"Biz innovasiyaları tətbiq etməyə davam edirik, – “Nokia Lumia 925” smartfonunun təqdimatında “Nokia”nın “Smart Devices” bölməsinin icraçı vitse-prezidenti Djo Xarlou qeyd etdi, - Artıq mövcud olan qurğulara yeni funksional imkanlar tətbiq edərək  və ya “Nokia Lumia 925” kimi yeni smartfonları təqdim edərək, biz  istifadəçilərin marağını cəlb etmək üçün məhsullarımızı təkmilləşdiririk".
 
“Lumia” qurğuları üçün ilk dəfə olaraq “Nokia Lumia 925” modeli cəzbedici metal korpusda təqdim edilmişdir ki, bu da unikal üstünlükləri, xüsusilə də əlavə möhkəmliyi təmin edir. Polikarbonatdan hazırlanmış arxa panel ağ, boz və ya qara variantlarda olacaq. Enerji yükləmə aksesuarlarının və “Nokia” ekosisteminin imkanlarından istifadə üçün smartfonun korpusuna naqilsiz enerji yükləmə panelini birləşdirmək  olar. Əlavə panellər həm klassik, həm də parlaq rənglərdə ayrı satılacaq.
 
“Nokia”nın, geolokasion və “HERE” naviqasiya kimi quraşdırılmış xidmətlər paketi və pulsuz musiqinin məhdudiyyətsiz axınını təmin edən “Nokia” musiqi proqramı  kimi qabaqcıl xidmətlər  “Nokia”nın yeni smartfonuna mükəmməl  əlavədir.
 
 
“Nokia Lumia 925”  
Əməliyyat sistemi “Windows Phone 8”
Geolokasion və “HERE”-nin xəritəçilik xidmətləri “HERE Maps” və “HERE Drive+”-ın pulsuz qlobal xəritələri,
“HERE Transit” əlavəsi mağazada pulsuz mümkündür
Ekran “WVGA” (1280x768) 4,5 düym “AMOLED”, sınma diametri 2,25 D, “Gorilla Glaz” 2 şüşə, “Clear Black” texnologiyaları, “Clear Motion”, yüksək parlaqlığın rejimi,  parlaq günəş işığında oxumaq imkanı, dırnaqla və ya  əlcəkli barmaqlarla toxunuşa yüksək həssaslıq
Akkumulyator 2000 mAç  qapaq şəklində əlavə aksesuar vasitəsilə naqilsiz enerji ilə yüklənmə
Prosessor 1,5 QHs tezlikli  ikinüvəli “Snapdragon™”
Əsas videokamera 8,7 MP “PureView” texnologiyası, optik sabitləşmə, avtofokus, çox güclü qısa impulslu  ikiqat işıq diodu işartı, ən yeni texnologiyalı obyektiv,   quraşdırılmış optik sabitləşmə  funksiyası daxil olmaqla 1080 piksel və  saniyədə 30 kadr  ölçülü “Full HD” format video. “Nokia”dan “Smart Camera” rejimi
Ön kamera 1,2 MP
Yaddaş 1 Qb əməliyyat yaddaşı, 16 Qb daxili yaddaş; “SkyDrive” buludvarı saxlancda pulsuz 7 Qb
 
 
“Nokia” – mobil kommunikasiyalar sahəsində dünya lideridir. “Nokia” məhsulları bütün dünyada insanların həyatının ayrılmaz hissəsinə çevrilib. Hər gün 1,3 milyarddan çox insan məlumat və təəssüratlarını bölüşmək, yol tapmaq və ya sadəcə bir-biri ilə danışmaq üçün “Nokia” qurğularından istifadə edir. “Nokia”nın texnoloji və dizayner yenilikləri bu markanı dünyada ən tanınanlardan biri etmişdir. Əlavə məlumat: “http://www.nokia.com/about-nokia” 

RƏVAN



Baxış sayı: 1543

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024