12px13px15px17px
Tarix:28/08/13

2020-ci ilədək satışa sürücüsüz hərəkət edən ilk avtomobillər çıxarılacaq

Yaponiyanın "Nissan" şirkəti 2020-ci ilədək sürücüsüz hərəkət edə bilən maşınlar təqdim edəcəyinə söz verir. Bu barədə şirkətin nümayəndələri Amerikanın İrvin şəhərində keçirilmiş mətbuat konfransında bildiriblər.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, "Nissan" şirkətinin məqsədi bazarı 10-12 il sonra sözügedən avtomobillərlə doldurmaqdır.

Şirkətdən bildirilib ki, sərbəst hərəkət edən avtomobillərin hazırlanmasında dünyanın Stenford və Oksford universitetləri, Massaçusets Texnologiya İnstitutu, Tokio Universiteti kimi təhsil müəssisələrinin mütəxəssisləri iştirak edirlər. "Nissan" gələn yaz ilk maşın nümunələrini sınaqdan keçirmək üçün Yaponiyada xüsusi avtodrom tikəcək.

Emil Hüseynov
 



Baxış sayı: 634

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024