12px13px15px17px
Tarix:28/08/13

Gələn il Bakıda elm, texnologiya, innovasiya və mədəniyyət əsaslı Gənclər Forumu keçiriləcək

"Gənclərin qərar qəbulu və siyasətin həyata keçirilməsində iştirakı" üzrə birgə layihəyə əsasən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) tərərfindən oktyabr ayında keçiriləcək ölkənin ilk Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransını təşkili çərçivəsində Azərbaycan nümayəndə heyətinin BMT-nin Nyu-York Qərargahına rəsmi səfəri davam edir.
 
 
Gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə nazirlik və BMT-nin İnkişaf  Proqramının əməkdaşlarından ibarət nümayəndə heyəti BMT-nin Nyu-York Qərargahında hazırda rəsmi səfərdədir.

Nümayəndə heyəti ilk olaraq BMT-nin  İctimai Əlaqələr və İctimai İnformasiya üzrə Baş Katib müavini Peter Launski-Tieffental ilə görüşüb.

Görüşdə BMT-nin Gənclər Forumunun gələn il Bakıda keçirilməsi təşəbbüsü bəyənilib və BMT-nin Baş Katibinin də tədbirdə iştirak edəcəyi xüsusi olaraq vurğulanıb. Gənclər Forumu  elm, texnologiya, innovasiya və mədəniyyət əsaslı qlobal və dayanıqlı inkişafın mümkün təşviqi yolları və vasitələrin tapılması prosesində gənclərin iştirakı üçün bir platformadır. 
 
Nümayəndə heyəti  eyni zamanda BMT Baş Katibinin yeni təyin olunmuş Gənclər üzrə Elçisi Əhməd Əlhəndavi ilə görüşüb. Gənclər üzrə Elçi Azərbaycanda "Gənclər siyasəti"nin həyata keçirilməsi islahatlarından xəbərdar olduğunu bildirib və "Gənclər üzrə Dövlət Proqramı"nı dövlətin gənclərə qayğısı kimi qiymətləndirib.
 
Əhməd Əlhəndavi BMT-nin Gənclər məsələləri üzrə ekspertlərinin I Simpoziumunun növbəti ilin iyununda keçiriləcəyini və Bakı şəhərinin bu tədbir üçün münasib olduğunu bildirib. Nümayəndə heyətinin rəhbəri İntiqam Babayev BMT Təhlükəsizlik Şurası Modelində iştirakla yanaşı Azərbaycanda həyata keçirilən "Gənclər siyasəti"ni, gənclər təşkilatları və "Gənclər Evləri"nin fəaliyyətini əyani müşahidə etmək üçün  Əlhəndəvini Azərbaycana dəvət edib. Səmimi və dostluq şəraitində başa çatan müzakirələrin nəticəsi olaraq BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin gənc diplomatları və tələbələrinin iştirakı ilə bağlı məsələlər öz həllini tapıb.
 
Xatırladaq ki, dörd günlük konfrans Azərbaycan da daxil olmaqla, hazırda BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 45 universitet tələbə və məzunlarını bir araya gətirəcək.
 
Qeyd edək ki, Azərbaycan 1 yanvar 2012-ci il tarixindən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş və onun üzvlüyü 31 dekabr 2013-cü il tarixinə qədər davam edəcək. Bu iki il ərzində Azərbaycan 2012-ci ilin may ayında TŞ-ə sədrlik etmiş və növbəti oktyabr ayında bir aylıq müddətə yenidən başçılıq edəcək.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 496

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 İyun 2020

01 06 2020

01/06/20
Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Let

01/06/20
2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar

01/06/20
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi

01/06/20
“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti