12px13px15px17px
Tarix:28/08/13

Suriya hakerləri amerikanın "Nyu-York Tayms" qəzetinin saytına müdaxilə ediblər

Suriya hakimiyyətini dəstəkləyən "Suriya elektron ordusu" haker qruplaşması amerikanın "Nyu-York Tayms" qəzetinin saytına müdaxilə ilə bağlı məsuliyyəti  öz üzərinə götürüb. Bu barədə onlar "Tvitter" mikrobloqlar şəbəkəsindəki səhifəsində yazıblar.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, sözügedən resursun işində nasazlıq dünən qeydə alınıb. Artıq problem aradan qaldırılıb və sayt işləyir.

Ekspertlərin fikrincə, qəzetin saytı kompüter serverlərini onlara yüklənmənin artırılması və virus proqramlarına yoluxdurulması yolu ilə müəyyən müddətə sıradan çıxaran DDoS-hücuma məruz qalıb.

Xatırladaq ki, "Suriya elektron ordusu" nüfuzlu KİV saytlarına müdaxiləni dəfələrlə öz üzərinə götürüb.

Emil Hüseynov
 
 



Baxış sayı: 748

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024