12px13px15px17px
Tarix:28/08/13

Bu şirkət yüksək təsvir ölçülü televizorlar bazarına liderlik edir


“DisplaySearch” şirkətinin analitikləri 2013-cü ilin birinci yarısının yekunları üzrə “Sony” korporasiyasının yüksək təsvir ölçülü (UHD TV) televizorlar bazarına başçılıq etməsini açıqlayıb.

Əldə olunan mədaxil nəzərə alınmaqla “Sony”nin seqmentdə payı 37,8 faizə çatıb ki, buna da 55 və 65 düymlü UHD-modellərə yüksək tələbat səbəb olub. Yanvar-iyunda belə televizorların satışı Yaponiya istehsalçısına 185 milyon dollar qazanc gətirib, halbuki dünya "UHD TV” bazarı üzrə mədaxil ümumilikdə 490 milyon dollar təşkil edib.

Nəhəng UHD-televizor istehsalçıları siyahısında ikinci yeri payı 14,2 faizə bərabər olan Cənubi Koreyanın “LG Electronics” şirkəti tutur. Digər Koreya istehsalçısı “Samsung”a gəldikdə, onun seqmentdə iştirakı 4 faiz təşkil edib, reytinqdə isə yeddinci yerdə qərarlaşıb.

Digər analitik şirkət “Digitimes Research”in proqnozuna əsasən, “Sony” bu il ümumilikdə 14 milyon maye-kristal televizor (LCD) tədarük edəcək. Ekspertlər haqlı olsa, şirkət 2013-cü il üçün nəzərdə tutulan həcmi (15 milyon televizor) yerinə yetirə bilməyəcək. Bu, inkişaf etməkdə olan ölkələrdə tələbatın zəif olması ilə izah edilir. Ötən il Yaponiya istehsalçısı orta hesabla 13,5 milyon “LCD” televizor tədarük edib, - “DailyComm www.dailycomm.ru” yazır.  








Baxış sayı: 936

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024