12px13px15px17px
Tarix:28/08/13

“Google” şirkəti “Nexus 4” smartfonunun qiymətini 100 dollar azaldıb

“Nexus 4” smartfonunun qiyməti daha da ucuzlaşdırılıb. “Google” şirkəti flaqman qurğusunun qiymətini 100 dollar azaldıb. Artıq 8 QB daxili yaddaşla təchiz edilmiş “Nexus 4” smartfonunu ABŞ-da “Google Play Store” onlayn mağazasından 199 dollara, 16 QB fləş-yaddaşa malik modeli isə 249 dollara satın almaq olar.

 “3dnews.ru” saytı xəbər verir ki, şirkət “Twitter” bloqunda yazıb ki, azalma yalnız Amerika istifadəçilərinə tətbiq edilməyəcək. “LG” şirkəti tərəfindən istehsal edilən “quqlfon”un qiyməti 25% və Avstraliya, Almaniya, Cənubi Koreya, İspaniya və Böyük Britaniyada daha çox azaldılacaq.

Emil Hüseynov
 



Baxış sayı: 665

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024