12px13px15px17px
Tarix:29/08/13

“Apple” və “Samsung” planşet bazarı üzərində nəzarəti itirir

Analitiklər bildiriblər ki, digər istehsalçılar tərəfindən rəqabətin artması “Samsung Electronics”in planşetlərinin satış həcminin azalması ilə nəticələnib. “Strategy Analytics” tədqiqat şirkətinin məlumatına görə, 2013-cü ilin ikinci rübünün yekununa görə, Cənubi Koreya nəhəngi 8,4 milyon planşet tədarük edib ki, bu da ötən rüblə müqayisədə 700 min ədəd azdır.

Nəticədə sözügedən dövrdə “Samsung”un planşet bazarında payı 18,9%-dən 16,9%-dək azalıb.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, sözügedən seqmentin digər lideri “Apple” şirkəti də eyni aqibətlə üzləşib. Ötən rüb "alma" şirkəti 14,6 milyon planşet tədarük edib ki, bu da ötən rüblə müqayisədə 4,9 milyon azdır. “Apple”ın bazar payı 40,3%-dən 29,2%-dək azalıb.

Lakin “Apple” və “Samsung” şirkətlərinin hazırladıqları yeniliklər vəziyyəti dəyişə bilər: gözləntilərə əsasən, “Apple” sentyabrda növbəti nəsil “iPad” planşet kompüterini təqdim edəcək və “Samsung” IFA 2013-cü ildə Berlində keçiriləcək sərgidə yeni modelini nümayiş etdirəcək.

Emil Hüseynov



Baxış sayı: 2853

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024