12px13px15px17px
Tarix:29/08/13

“Huawei” 2020-ci ilədək “5G” avadanlığını təqdim etməyi planlaşdırır


“Huawei Technologies” şirkəti 2020-ci ilədək “5G” şəbəkələri üçün avadanlığın istehsalına başlamağı planlaşdırır.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, yeni “5G” şəbəkələri hazırkı “4G” şəbəkələrindən 100 dəfə daha sürətlə işləyəcəklər.

“Huawei” şirkətinin hazırkı baş direktoru Ken Hu bildirib ki, şirkət “4G” avadanlıqlarının və servislərinin istehsalına “4G” şəbəkələri Çində istifadəyə verilmədən xeyli öncə başlayıb. Hazırda “Huawei” şirkətinin ştatında “yüzlərlə” “4G” texnologiyaları istiqamətində işləyən mühəndis var.

“China Mobile” şirkəti, mart ayında bildirib ki, bu ilin sonuna kimi ilk “4G” şəbəkələrinin hissələrinin testləşdirilməsinə başlamaq niyyətindədir və eyni zamanda ilk kommersiya abunələrini qoşmaq niyyətindədir.
“Huawei”də qeyd ediblər ki, bu gün dünyanın 75 ölkəsində 200-ə yaxın “4G” şəbəkəsi var. Proqnozlara əsasən, 2018-ci ilədək dünya əhalisinin yarısına yaxın hissəsi “4G” şəbəkələr zonasında yaşayacaq.

“5G” şəbəkələrinin qəbul edilməsi isə xüsusi tezlik diapazonunun mövcudluğunu tələb edir, bu da hər yerdə mümkün deyil. Lakin “5G” şəbəkələri 10 GB sürətlə məlumatların ötürülməsini təmin edəcəklər, bu da “4G” şəbəkələrindən 100 dəfə daha sürətlidir. Öz növbəsində “4G” şəbəkələri “3G” şəbəkələrindən dörd dəfə daha sürətlidir.

Aynur Vəliyeva



Baxış sayı: 756

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024