12px13px15px17px
Tarix:29/08/13

Sentyabrın 12-dən “YouTube” saytından videocavablar yığışdırılacaq


"Google" şirkətinə məxsus "YouTube" videohostinqinin tərtibatçıları mühüm dəyişiklik haqqında bildiriblər: belə ki, sentyabrın 12-dən etibarən istifadəçilərə videocavablar funksiyası əlçatan olmayacaq. Hazırda istifadəçilər bu funksiya vasitəsilə bir çarxa cavab kimi öz kanalından digər videoya istinad yerləşdirə bilərlər.

"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, videocavabların saytdan yığışdırılması səbəbi son dərəcə aşağı populyarlığı ilə izah edilib.

Gələcəkdə "YouTube" videohostinq xidmətində videocavab funksiyasının əvəzinə yeni alətlər tətbiq edilə bilər.

Emil Hüseynov
 
 



Baxış sayı: 779

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024