12px13px15px17px
Tarix:29/08/13

Türkiyənin rəqəmsal televiziyası "Digitürk" Azərbaycanda

Türkiyənin rəqəmsal televiziya yayımı sahəsində ilk və lider şirkəti olan “Digitürk” sentyabr ayından etibarən Azərbaycanda fəaliyyət göstərməyə başlayacaq. Filiallarından birini “Park Bulvar AVM”-də açan “Digitürk” ilk olaraq 5 filialla fəaliyyətə başlayacaq.
 
Şirkət 2014-cü ilin sonunadək filialların sayını 10-dək artıraraq qarşısına bütün Azərbaycan ərazisində fəaliyyət göstərmək məqsədi qoyub. “HD” və “3D” formatında yayım təklif edən “Digitürk” müştərilərinə “Asiya Meqa Paket”, “Asiya Spor Paketi”, “Asiya Çempionlar Paketi” və “Asiya Standart” paketlərindən birini seçmək imkanı qazandırır.
 
Azərbaycan tamaşaçısı ayda 7 AZN-dən başlayaraq “Digitürk”ə qoşula bilərlər. “LİG TV” yayınlarını və “Spor Toto Super Lig” oyunlarını izləmək istəyənlər ayda 21 AZN-dən başlayan tariflərlə “Asiya Spor Paketi”nə qoşularaq superliq həyəcanını yaşaya bilərlər.
 
RƏVAN
 



Baxış sayı: 1437

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024