12px13px15px17px
Tarix:30/08/13

Paytaxtın bütün yaşayış məntəqələrinə yüksəksürətli, genişzolaqlı internet xidmətlərini təmin edən optik şəbəkə qurulacaq

“Azərbaycanda evlərə optika” – “FTTx” modeli üzrə paytaxtın bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı internet xidmətlərini təmin edən optik şəbəkənin qurulması nəzərdə tutulub. Bu barədə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin texniki direktoru Rəsul Qurbanov məlumat verib. Onun sözlərinə görə, bu ildən bu layihə üzrə 2500 abunəçi üçün “xDSL” və “FTTx” standartları ilə xidmət göstərmək imkanı olan multiservis abunə konsentratoru quraşdırılaraq istifadəyə verilib.

Əsas hədəf Bakı şəhəri ərazisini 100 Mbs sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını təxminən 95 faizə çatdırmaqdır ki, bu da bizə 2017-ci ildə inkişaf etmiş ölkələrlə bir səviyyədə olmağa imkan verəcək.

Qeyd edək ki, ali hakimiyyət orqanları, nazirliklər, komitələr, neft sektoru, xarici neft şirkətləri, təhsil müəssisələri, enerji sektoru, banklar, biznes mərkəzləri, təzə tikilmiş hündürmərtəbəli binalar, mehmanxanalar, biznes qurumları və s. ofisə kimi optika ilə ayrılmış birbaşa kanalla “FTTx (Fiber To The x-object)” standartında sürətli internet və digər multimedia xidmətlərindən istifadə edirlər.

RƏVAN



Baxış sayı: 891

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024