12px13px15px17px
Tarix:30/08/13

“iOS” populyarlığına görə mobil əlavə tərtibatçıları arasında lider olaraq qalır



“iOS” mobil əməliyyat sistemi populyarlığına görə əsas rəqibi “Android” platformasını geridə qoyaraq mobil əlavə tərtibatçıları arasında lider olaraq qalır. Bu barədə “Forrester” şirkətinin Şimali Amerika və Avropada mobil əlavələrin hazırlanması ilə məşğul olan 1600 respondent arasında keçirdiyi sorğu əsasında hazırladığı hesabatda deyilir.

Tədqiqatın yekunlarına görə, respondentlərin üçdə bir hissəsindən çoxu (35 faiz) “iPhone” smartfon modelini mobil əlavələrin hazırlanması üçün ən prioritet qurğu kimi qeyd edib. “Android” sisteminə üstünlük verənlərin payı 27  faiz təşkil edib. Bu məlumatlar digər tədqiqat şirkəti “Flurry”nin ötənilki rəqəmləri ilə müqayisə edilsə, “Android”in prioritetliyinin tədricən artmasını müşahidə etmək mümkündür ki, bu da dünyada “Android” sisteminin idarəetməsi ilə işləyən qurğuların böyük payı ilə izah edilir (“IDC”-nin məlumatına görə, “Google” şirkətinə məxsus əməliyyat sistemi ilə işləyən qurğuların payı dünya smartfon bazarının təxminən 80 faizini təşkil edir).    

“Android” sistemli qurğuların bazarda iştirakının genişliyinə baxmayaraq “Apple”ın mobil əməliyyat sistemi hələ də əlavə tərtibatçıları arasında lider kimi qələmə verilir, “IT Expert www.itexpert.org.ua” yazır.
 



Baxış sayı: 697

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024