12px13px15px17px
Tarix:30/08/13

“Dell” iki yeni planşet təqdim etməyə hazırlaşır


“Dell” şirkəti “Windows” platforması əsasında işləyən 8 düymlük planşet hazırlayır və eyni zamanda 10,6 düym diaqonallı ekrana malik olan buraxılmasını müzakirə edir.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, hər iki qurğu “Intel Atom” və ya “Intel Core i” prosessorları əsasında işləməlidir. Əsas əməliyyat sistemi kimi “Windows 8.1” istifadə ediləcək.

Xatırladaq ki, bir müddət öncə “Microsoft” şirkəti  “Windows 8.1” üçün sistem tələbləri liberallaşdırıb, bu da qeyd edilən əməliyyat sistemi və “x86” çipləri əsasında 8 düymlük   planşetlər yaratmağa imkan verəcək. Öncə “Dell” şirkəti də bu ilin ikinci yarısında “bir neçə planşet modeli”ni təqdim etmək niyyətində olduğunu bildirib. Planşetin digər detalları haqda hazırda məlumat yoxdur.

Aynur Vəliyeva



Baxış sayı: 641

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024