12px13px15px17px
Tarix:30/08/13

“GoMap”ın yeni funksiyası biznes üçün yeni imkanlar açır

"GoMap.az" elektron xəritə bazasında xüsusi yaradılmış "APİ GoMap" funksiyası Azərbaycan və Gürcüstanda biznes üçün yeni imkanlar yaradır. Elektron xəritənin bu funksionalı vasitəsilə başqa veb-resurslar da "GoMap.az"-dan geniş istifadə edə bilərlər. "APİ GoMap" funksionalına qoşulanlar "GoMap.az" elektron xəritəsindən özlərinin veb-resurslarında istifadə edə bilərlər.

Müxtəlif obyektlərin xəritədə vizual göstərilməsi və yerləşmə sxeminin veb-resursda göstərilməsi hər bir biznes subyektinə müştərilərlə ünsiyyəti yeni səviyyəyə qaldırır. Mağazalar, restoranlar, kafelər, gözəllik salonları, səhiyyə müəssisələri və digər obyektlər üçün "APİ GoMap"ın müxtəlif üstünlükləri vardır.    
"APİ GoMap" funksionalı veb-resursların dizaynına uyğun olaraq xəritəni tətbiq etməyə imkan verir və vizual formatda istifadəçilərə məlumatı daha effektiv qavramağa imkan verir.

"GoMap.az"-da tətbiq olunan "marşrut" funksionalı hər hansı bir obyektə gediş marşrutunu xəritə üzərində "cızmağa" və veb-resursda yerləşdirməyə şərait yaradır. Bununla istehlakçıların obyekti daha rahat tapmaları üçün zəmin yaradılır. Həmçinin veb-resurslar özlərinin də xəritə modelini "GoMap.az" üzərindən qura bilər və "APİ GoMap" funksionalı vasitəsilə vahid platformada istifadə edə bilər.
"GoMap.az" elektron xəritəsinin mobil versiyası olduğundan veb-resurslar daha mobil istifadəçilər üçün də üstünlüklər əldə edir və hətta geolokasiya sistemindən də yararlana bilər.
 
Qeyd etmək lazımdır ki, "APİ maps" texnologiyası artıq dünyanın müxtəlif ölkələrində geniş istifadə olunduğu funksionaldır və biznes-istehlakçı ünsiyyət modelində effektiv alətə çevrilmişdir. Bu alət vasitəsilə biznes öz istehlakçıları üçün real rahatlıq yaradır və istehlakçı servisini daha yeni səviyyədə qura bilir. 

RƏVAN
  
 
 



Baxış sayı: 397

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 Mart 2020

29 03 2020

29/03/20
“Windows”un bütün versiyalarında boşluq aşkar edilib

“Microsoft”un nümayəndəsi deyib ki, hakerlər “Windows”un bütün dəstəklənən versiyalarında əvvəllər

29/03/20
“6G” mobil şəbəkələrinin tətbiq olunma müddəti məlum olub

Dünyada beşinci nəsil (5G) mobil şəbəkələrinin tətbiqinə başlanılıb. Eyni zamanda bir sıra texnologiya nə

29/03/20
“5G” dəstəkli ən ucuz smartfon təqdim edilib

“Xiaomi” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsinə (5G) qoşulmaq imkanına malik “Mi 10 Lite” adlı ən

29/03/20
Yanğınsöndürən dron hazırlanıb

Çinin “QilingUAV” şirkəti “JS260” adlı yanğınsöndürən dron hazırlayıb. Bu dronun ucqar rayonlarda meşə

29/03/20
“Facebook” və “Instagram” Avropada videonun keyfiyyətini azaldıb

“Facebook” və “Instagram” şirkətləri kompüter şəbəkələrinin yükünün azaldılması məqsədilə Avropada v

29/03/20
“Samsung” və “LG” zavodları bağlanır

Cənubi Koreyanın “Samsung” və “LG” elektronika istehsalçıları yeni növ koronavirus (COVID-19)

29/03/20
Koronavirus mövzusu kiberhücumlar üçün aktiv istifadə edilir

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının izlənilməsi üçün bir sıra mobil və onlayn əla

29/03/20
Köhnəlmiş “iPhone” qurğuları üçün yeniləmə təqdim edilib

“Apple” korporasiyası köhnəlmiş smartfon və planşetlər üçün yeniləmə çıxarıb.

29/03/20
“Xiaomi” şirkəti yeni smartfonlarını təqdim edib

“Xiaomi”nin törəmə brendi olan “Redmi” yeni smartfonlarını təqdim edib. “K30 Pro” seriyasına məxsus apa