12px13px15px17px
Tarix:30/08/13

“Intel” şirkəti yeni prosessorlar təqdim edəcək


“Intel” korporasiyası sabah “Haswell” prosessorlarının, stolüstü kompüterlərdə istifadə üçün nəzərdə tutulmuş yeni xəttini təqdim  etməyə hazırlaşır.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, qeyri-rəsmi xəbərlərə görə, şirkət 13 yeni prosessor modeli təqdim edəcək, güclü “Core i7-4771”, orta güclü “i5-4440” və ilkin səviyyəli “i3-4340”.

Buna paralel olaraq “Intel” yeni “Pentium - G3430” ailəsinə aid olan prosessor da  təqdim edəcək.

Şirkət məhsullarını sentyabrın 1-də elan edəcək.
Xatırladaq ki, “Intel” netbukları xətti üçün şirkət prosessorlarını bir neçə seriyaya bölüb: əsas seqment üçün M seriyasını, məhsuldar həllər üçün H seriya və az güclü həllər üçün Y və U  həlləri.


Aynur Vəliyeva
 



Baxış sayı: 661

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024