12px13px15px17px
Tarix:02/09/13

Moskvanın yerüstü nəqliyyatında pulsuz “Wi-Fi” sınaqlarına başlanıb


Moskvanın bir sıra yerüstü marşrutlarının sərnişinləri artıq pulsuz simsiz internetdən istifadə etmək imkanı əldə ediblər. Moskva nəqliyyat departamentindən verilən məlumata görə, şəhər üzrə hərəkət edən 25 avtobus, trolleybus və tramvayda “Wi-Fi” texnologiyasına çıxış nöqtələrinin sınağına başlanılıb.
 
“İnternetə qoşulmaq üçün çıxış şəbəkələri siyahısında "Rostelecom_Wi-Fi"ı seçmək lazımdır”, - departamentdən bildirilib.

Sınaqlar yarım il davam edəcək və bundan sonra layihənin gələcək inkişafı ilə bağlı qərara qəbul olunacaq. Hərəkətdə olan nəqliyyat vasitələrində “CDMA-450” şəbəkəsinin siqnalını qəbul edən və ötürən, onu abunəçi qurğularına “Wi-Fi” şəklində paylayan routerlər quraşdırılıb.

Məlumatların 3 Mbit/s sürətində ötürülməsinin təmin olunması routerin yüklənməsindən – qoşulan sərnişinlərin sayından asılıdır. İnternetə “Wi-Fi” texnologiyasını dəstəkləyən istənilən qurğu ilə qoşulmaq mümkündür, - "IT Expert” www.itexpert.org.ua yazır.   
 



Baxış sayı: 668

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024