12px13px15px17px
Tarix:03/09/13

Nazir ABŞ-a səfər edəcək

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 4-5 sentyabr tarixlərində BMT Baş Assambleyasının 67-ci sessiyası çərçivəsində rabitə və informasiya texnologiyaları mövzusunda keçiriləcək müzakirələrdə iştirak etmək üçün Nyu-Yorkda səfərdə olacaq.

 
67-ci sessiyada nazir Əli Abbasov, BMT Baş Assambleyasının  prezidenti cənab Vuk Jeremich, BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Baş katibinin müavini cənab Vu Honqbo əsas məruzəçi qismində çıxış edəcəklər.
 
Sessiyada müzakirələr BMT Baş Assambleyasının Azərbaycan hökumətinin təşəbbüsü ilə "Avrasiya Rabitə Alyansı" ("Eurasian Connectivity Alliance"- EuraCA) yaradılması haqqında qəbul olunmuş qətnaməsi çərçivəsində keçirilir.
 
Səfər çərçivəsində nazir Əli Abbasovun BMT rəsmiləri, şirkət rəhbərləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulur.
 



Baxış sayı: 1011

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024