12px13px15px17px
Tarix:03/09/13

“Binə” ticarət mərkəzindəki poçt şöbəsində KARGO yüklərin daşınması xidməti göstərilə bilər

  "Binə" ticarət mərkəzində 5 saylı Poçt Filialının 86 saylı poçt şöbəsinin vətəndaşlara  bütün poçt xidmətləri göstərməsi imkanlığı var. Bu barədə filialın rəisi Qurban Hacıyev  "ICTnews" elektron xəbər xidmətinə məlumat verib.
 
Onun sözlərinə görə, bir qədər əvvəl istifadəyə verilən poçt şöbəsi kompüterləşdirildiyindən burada bütün xidmətlərin göstərilməsi həyata keçirilir.

"Poçt şöbəsinə maraq böyükdür. Burada çalışan vətəndaşlar telefon və kommunal haqlarını poçt şöbəsində ödəməklə işdən sonra paytaxtın poçt şöbələrinə getmək kimi əlavə problemdən yaxa qurtarıblar. Poçt şöbəsində beynəlxalq pulköçürmə sistemi "Western Union" xidmətinin tətbiqinə başlanılıb ki, bu da dünyanın istənilən yerinə pul göndərmək və qəbul etmək kimi üstünlüklər yaradıb. Poçt şöbəsində maliyyə xidmətlərinin göstərilməsi istiqamətində ilk xidmət kimi valyutadəyişmə məntəqəsi də fəaliyyətə başlayıb".

Qeyd edək ki, "Azərpoçt" MMC gələcəkdə bu poçt şöbəsinin bazasında KARGO yüklərin daşınması xidmətlərinin göstərilməsini tətbiq edə bilər.

RƏVAN



Baxış sayı: 1156

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024