12px13px15px17px
Tarix:03/09/13

“IFA 2013” sərgisində hansı yeniliklər təqdim ediləcək?

Sentyabrın 6-da Almaniyanın Berlin şəhərində “IFA 2013” sərgisi öz işinə başlayır.

“Engadget” müşahidəçiləri ehtimal olunan bütün şayiələri bir yerə toplayaraq dünyanın aparıcı istehsalçılarının təqdim edəcəyi yeniliklərdən danışıblar.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Berlin şəhərində keçiriləcək payız sərgisində əsas “oyunçu”lardan biri, gözlənildiyi kimi, “Samsung Electronics” şirkəti olacaq. Cənubi Koreya şirkəti “Galaxy Note” planşetofonlarının üçüncü nəslini, həmçinin “Galaxy Gear” “ağıllı” saatlarını nümayiş etdirəcək. Sonuncu 3 düymlük düzbucaqlı formasında ekran, “Wi-Fi” və “Bluetooth” modulları, 4 meqapiksellik kamera və səs əmrləri funksiyası təchiz edilib.

Qeyd edilib ki, “Galaxy Gear” “ağıllı” saatları 2013-cü ilin sonunadək satışa çıxarılacaq.

Tayvanın “HTC” şirkəti, həmçinin öz flaqman smartfonunu hazırlayır. Şayiələrə görə, “One Max” modeli 1920 x 1080 piksel təsvir ölçülü 5,9 düymlük sensor ekran, 2.3 QHs takt tezlikli “Qualcomm Snapdragon 800” prosessoru, 2 QB əməli və 16 QB daxili yaddaş, həmçinin 3300 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

Yaponiyanın “Sony” korporasiyası sərgidə “Sony Xperia Z1 Honami” smartfonunu təqdim etməyi planlaşdırır. Qeyri-rəsmi məlumatlara əsasən, cihaz 1920x1080 piksel təsvir ölçülü 5 düymlük ekran, 2.2 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 800” prosessoru və “Adreno 330” qrafik nüvəsi, həmçinin ikirəqəmli kamera ilə təchiz ediləcək.

“ASUS” alman paytaxtına “Transformer Pad Infinity” yeni nəslini gətirəcək. Ehtimal ki, aparat “Nvidia Tegra 4” prosessoruna əsaslandırılacaq, o, 10 düymlük ekranı alacaq, həmçinin “Wi-Fi 802.11n”-ı, “Bluetooth”-u və “GPS”-ı dəstəkləyəcək.

Emil Hüseynov
 



Baxış sayı: 642

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024