12px13px15px17px
Tarix:04/09/13

“Microsoft” Finlandiyada tikiləcək data mərkəzinə 250 milyon dollar sərmayə qoyur

Amerikanın “Microsoft” şirkəti Finlandiyada yeni data mərkəzin tikintisinə qərar verib. Korporasiya sözügedən mərkəzə 250 milyon dollar sərmayə qoyub. Şirkətdən bildirilib ki, yeni mərkəz korporasiyanın avropalı müştərilərinə xidmət üçün nəzərdə tutulub.

Xatırladaq ki, “Microsoft”un Avropada data mərkəzi var. O, İrlandiyada yerləşir.

Qeyd edək ki, bu yaxınlarda “Google” şirkəti də Finlandiyada öz data mərkəzini açıb.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, proqram nəhənginin yeni data mərkəzi haqqında əlavə məlumatlar hələ ki yoxdur.

Emil Hüseynov



Baxış sayı: 670

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024