12px13px15px17px
Tarix:04/09/13

Daha bir dövlət qurumu “Elektron hökumət” portalına qoşuldu

Diasporla İş üzrə Dövlət Komitəsi “Elektron hökumət” portalına qoşulub. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, komitənin “Xaricdə yaşayan azərbaycanlıların elektron müraciəti” xidməti portal vasitəsilə istifadəyə verilib.
 
Bu xidmət xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının, eləcə də Azərbaycan Respublikasının vətəndaşı olmayan azərbaycanlıların hüquq və azadlıqlarının pozulması halları, habelə diaspor təşkilatları tərəfindən Azərbaycan həqiqətlərinin təbliği, milli-mədəni irsimizin tanıdılması, diaspor quruculuğu ilə bağlı hazırlanmış layihələrin Dövlət Komitəsinə təqdim edilməsi üçün birbaşa elektron müraciət imkanını əhatə edir.
 
Qeyd edək ki, interaktiv  növlü elektron xidmət ödənişsiz həyata keçirilir. Xidmətin icra müddəti 15 gün təşkil edir. E-xidmətin digər icraçısı  Xarici İşlər Nazirliyidir.

CAHANGİR
 
 



Baxış sayı: 1073

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024