12px13px15px17px
Tarix:04/09/13

Gənclər internetdən istifadə edərək karyera qura biləcək

2013-cü il «İnformasiya-kommunikasiya texnologiyaları ili» ilə bağlı ölkədə İKT sahəsində, o cümlədən gənclərin kompüter və internet biliklərinin artırılması istiqamətində bir sıra işlər görülür. Aparılan işlər təkcə paytaxtla məhdudlaşmır, eyni zamanda regionlar üzrə layihələr həyata keçirilir. Keçirilən tədbirlər ölkə ictimaiyyəti tərəfindən, xüsusən də gənc və yeniyetmələr tərəfindən yüksək qiymətləndirilir.
 
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, Azərbaycanın bölgələrində yaşayan gənclərin internetdən istifadə edərək özlərinə karyera qurmaları üçün növbəti maarifləndirici addımlar atılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclərin Həmrəyliyi" İctimai Birliyi "Region gənclərinin internet resurslarından səmərəli istifadə etməklə karyera imkanlarının artırılması" layihəsi çərçivəsində Şirvan şəhərində gənc müəllimlər üçün təlim keçirib. Təlimlər zamanı gənclər internetin imkanlarından daha səmərəli istifadə yolları, iş saytları, uğurlu karyera haqqında dəyərli məlumatlar alıblar. Seminarları tanınmış mütəxəssislər həyata keçiriblər. Sözügedən kurslar interaktiv mühitdə aparılır və treninq iştirakçılarının müxtəlif tipli sualları cavablandırılıb.
 
Qeyd edək ki, sözügedən tədbirlər müsbət nəticələr verdiyindən onun davam etdirilməsi nəzərdə tutulub.
 
SEYMUR
 



Baxış sayı: 761

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024