12px13px15px17px
Tarix:04/09/13

İçməli su, çirkab və yağış suları vahid mərkəzdən idarə ediləcək

 “Azərsu” ASC tərəfindən yeni texnologiyaların tətbiqi daha da sürətləndirilib. Bu barədə ASC-nin  mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. Onun sözlərinə görə, cəmiyyətin  “Yeraltı infrastrukturun idarə olunması – “CİS” layihəsi bu istiqamətdə tətbiq edilən ən mükəmməl layihələrdəndir. “Bu layihə Azərbaycanda içməli su və çirkab suları, həmçinin yağış suları infrastrukturlarının coğrafi inventarlarını, şəbəkə analizləri ilə modelləşdirmə işlərini özündə birləşdirən coğrafi informasiya sistemidir. Yaradılan sistemin köməyi ilə layihələndirmə işləri, su təchizatı və kanalizasiya sistemlərinin mövcud vəziyyəti dəqiq qiymətləndiriləcək, şəbəkələrdə baş verən qəzalar dərhal sistemdə qeydiyyata alınacaq.
 
Eyni zamanda  içməli su,  çirkab suları, eləcə də  yağış suları infrastrukturunu vahid mərkəzdən idarə etmək,  tikinti və istismar sahələrində idarəetmə fəaliyyətini həyata keçirmək mümkün olacaq. Bu gün əldə edilən nailiyyətlər eyni zamanda Azərbaycanda informasiya texnologiyaları sahəsində genişmiqyaslı işlərin həyata keçirilməsindən xəbər verir”- deyə o bildirib.
 
O, eyni zamanda bildirib ki, layihəyə uyğun olaraq içməli su, çirkab su və yağış suları üzrə həm yeraltı, həm də yerüstü infrastrukturların elektron xəritələri yaradılır, hər bir bina üzrə nömrələnmə aparılır: “Bu sistem yeraltı infrastrukturun idarə olunması üzrə işlərin daha operativ həyata keçirilməsinə imkan verəcək. Növbəti mərhələdə abonent bazası üzrə məlumatlar da bu sistemə yerləşdiriləcək”.
 
Yeni sistemin köməyi ilə içməli suyun mənbədən istehlakçıya qədər, eləcə də  yağış və çirkab suların axıdılmasının bütün mərhələlərinə dəqiqliklə nəzarət etmək mümkün olacaq: “3 illik layihə  çərçivəsində işlər bu il daha da sürətlənib. 2014-cü ilin sonuna kimi Bakı şəhəri və Abşeron yarımadası, 2015-ci ilə qədər isə bütün ölkə üzrə layihənin reallaşdırılması başa çatdırılacaq”. 
 
RƏVAN  
 
 



Baxış sayı: 1344

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024