12px13px15px17px
Tarix:04/09/13

POS-terminalı olmayanı alış-veriş mərkəzlərinin cərimələnməsi təklif olunur

Azərbaycanda POS-terminalı olmayanı alış-veriş mərkəzlərinin cərimələnməsi təklif olunur. Vergilər Nazirliyinin Baş Hüquq İdarəsinin rəis müavini Zeynalabdin Məmmədzadə bildirib ki, əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması ilə bağlı təkliflər paketi hazırlanıb və baxılması üçün bu ilin mart ayında hökumətə təqdim edilib. Artıq müvafiq dövlət orqanları həmin layihələrlə bağlı öz təkliflərini təqdim ediblər.
 
Vergilər Nazirliyi təkliflər əsasında yeni normativ-hüquqi akt layihələrini hazırlayıb hökumətə təqdim edəcək. Onun sözlərinə görə, təklifdə alış-veriş mərkəzlərində POS-terminalların olmamasına görə cərimələrin tətbiqi nəzərdə tutulub: “Hazırda qanunda alış-veriş mərkəzlərində POS-terminalların olmamasına görə cərimələrin tətbiqi və ya hər hansı cəza tədbirinin görülməsi göstərilmir.  Qanuna görə, POS-terminal tələb etmək istehlakçının müstəsna hüququdur. İstehlakçının bu hüququnun təmin edilməməsi və ya ona işləməyən POS-terminalın təqdim edilməsi birbaşa istehlakçının hüququnun pozulması deməkdir. Buna görə də qanunda müvafiq cərimə formasının tətbiqi qeyd edilməyib. Nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması ilə bağlı təkliflərdə alış-veriş mərkəzlərində POS-terminalların olmamasına görə cərimələrin tətbiqi nəzərdə tutulur”.
 
Zeynalabdin Məmmədzadə əlavə edib ki, paketdə qeyd edilən stimullaşdırma tədbirləri daxilində vergi ödəyicilərinə münasibətdə müəyyən vergi güzəştləri və azadolmaların tətbiq edilməsi, istehlakçılara bonusların verilməsini də nəzərdə tutur.“Hesab edirik ki, təkliflər hökumət və Milli Məclis tərəfindən qəbul olunarsa, bu, nağdsız ödənişlərin artırılması sahəsində böyük bir addım olacaq”,-Məmmədzadə söyləyib.

RƏVAN
 



Baxış sayı: 640

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024