12px13px15px17px
Tarix:05/09/13

Qadın voleybolçular arasında klublararası dünya çempionatının bütün iştirakçıları müəyyənləşib

Qadın voleybolçular arasında keçiriləcək klublararası dünya çempionatının bütün iştirakçıları müəyyənləşib.


Son illərin dəyişməz Azərbaycan çempionu “Rabitə”nin ardıcıl iki il qatıldığı yarış bu dəfə təmsilçimiz olmadan keçiriləcək.

Cari il dekabrın 8-dən 13-dək İsveçrənin Sürix şəhərində təşkil olunacaq yarışa meydan sahibi kimi qatılacaq “Volero” və 5 konfederasiyanın qalibi çıxış edəcək.

Bunlar Avropa Çempionlar Liqasının qalibi “Vakifbank” (Türkiyə), Cənubi Amerikanın ən yaxşısı “Unilever” (Braziliya), Afrika təmsilçisi “Keniya Prisons” (Keniya), Asiya klublararası çempionatının qalibi “Quanqdonq Everqrand” (Çin) və Şimali Amerikada hamını üstələyən “Yova Ays” (ABŞ) komandalarıdır.

 





Baxış sayı: 643

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024