12px13px15px17px
Tarix:05/09/13

“NASA” Aya yeni peyk göndərir


“NASA” təhqiqatlar aparmaq üçün Aya yeni peyk göndərir. Ayda atmosferi və ətraf mühiti təhqiq edəcək yeni robotun adı “LADEE”-dir. Kiçik avtomobil ölçüsündə olan bu robot yüz gün ərzində Yer kürəsini orbit edən aydan məlumat toplayacaq.

Alimlər Aydakı atmosferin bizim planetdəki Günəş sisteminə təsirlərini müəyyən etmək istəyir. Bunu bilməklə, digər planetlərdəki asteroidlər barədə daha çox məlumat toplamağın mümkün olacağını deyirlər. “LADEE” eləcə də Ay tozları, onun elektrik cərəyanı, sıxlığı və kütləsini öyrənəcək.

“LADEE”-nin layihə meneceri Batler Hayn Aydakı tozun yerdəki kimi narın deyil, bərk olduğunu deyir. “Bu tozlar fəza qurğularının mühərriklərini sıradan çıxarır. Ona görə də əlac yolunu tapmaq lazımdır”.

Başqa məsələ də var. 1960-cı illərdə Aya gəlmiş kosmonavtlar orada Günəşin çıxmazdan öncə yaratdığı parıltını təsvir ediblər. “NASA” bunun Ay tozundakı elektrik cərəyanı ilə əlaqəsi olub-olmadığını bilmək istəyir.

“LADEE”-nin proqram təhqiqatçısı Sara Nobel artıq ilk missiyadan on illər vaxt keçdiyini deyir. “Bir sıra ölkələrin özəl şirkətləri yaxın illərdə Aya getməyi planlaşdırır. Toxunulmamış Ayı yenidən görmək yaxşı olardı".

“NASA” dünya boyu həvəskar astronomları “LADEE”-nin Aya enişini izləməyə çağırır. “Aydakı tozun təsirləri həmişə var və biz bunun nədən ibarət olduğunu, atmosferə təsirlərini öyrənmək istəyirik,” - deyə, Sara Nobel bildirir.

“iPhone”-a malik astronomlar pulsuz applikasiyanı telefonlarına yükləyərək öz fikirlərini “NASA” ilə paylaşa bilərlər.
Kamal Hacıyev



Baxış sayı: 795

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024