12px13px15px17px
Tarix:06/09/13

“Blackberry” şirkəti tezliklə satıla bilər

“The Wall Street Journal” nəşri “BlackBerry” şirkətindəki mənbələrinə istinadən bildirib ki, Kanada istehsalçısı bu ilin noyabrında satıla bilər. Xatırladaq ki, bir müddət əvvəl “BlackBerry” şirkətinin nümayəndələri demişdilər ki, onlar şirkətin inkişafı üçün müxtəlif "strateji alternativlər"i nəzərdən keçirirlər, hətta şirkət satıla da bilər.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, indi “WSJ” nəşri yazıb ki, Direktorlar şurası üzvlərinin gəldiyi nəticəyə əsasən, şirkəti hərracın proseduru vasitəsilə satmaq lazımdır, həm də hərrac prosesi son dərəcə sürətli olmalı və artıq noyabrın sonuna başa çatmalıdır.

İşin gedişatı ilə tanış mənbələr deyiblər ki, artıq  bir neçə potensial alıcı şirkətə müraciət edib, “BlackBerry” isə bu günlərdə iddiaçıların sayını azaldıb və hazırda onların arasında tender keçirməyə hazırlaşır. "Satış prosesi çox tezliklə başlanacaq" – “WSJ” nəşrinə şirkətdəki anonim mənbələrdən biri deyib.

Emil Hüseynov



Baxış sayı: 637

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024