12px13px15px17px
Tarix:06/09/13

Daha 45 poçt şöbəsinə lisenziya verilməsi üçün Mərkəzi Banka müraciət edilib

“Maliyyə xidmətlərinin  inkişafı” layihəsi uğurla icra olunan və böyük perspektivləri olan layihələrdən biridir. Hazırda “Azərpoçt”MMC üzrə lisenziya alan poçt şöbələrinin  sayı 1016-dır”. Bu sözləri “ICTNews”-a açıqlamasında "Azərpoçt" MMC-nin hüquq şöbəsinin müdiri Bəhram Səfərov bildirib.
 
Onun sözlərinə görə, bunlardan 114-ü Bakı, digərləri isə regionların payına düşür. Şöbə müdiri daha 45 poçt şöbəsinə lisenziya verilməsi üçün Mərkəzi Banka müraciət edildiyini bildirdi. Banklarla geniş rəqabətə malik olan müəssisə geniş poçt şəbəkəsinə malik olmaqla bütün regionları, hətta ucqar dağ kəndlərini əhatə etməklə əhaliyə bank və maliyyə xidmətləri göstərilməsi istiqamətində daha da irəliləyərək Neft Daşlarında da bu xidməti tətbiq edə bilib.

 “Bakıda 20 şöbə qalıb ki, onların da əksəriyyəti daxili poçt şöbələridir. Yəni Milli Elmlər Akademiyasında, Bakı Dövlət Universitetində, Dəmiryol vağzalında  və s. olan poçt şöbələridir”- deyə o bildirib.

Şöbə müdiri eyni zamanda şəbəkənin daha da genişləndirilməsi ilə nağdsız ödəniş sisteminin inkişaf etdiriləcəyini qeyd edib.

RƏVAN



Baxış sayı: 834

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024