12px13px15px17px
Tarix:06/09/13

Gələn il “ağıllı” saat bazarının həcmi 10 dəfə artacaq

“IHS” analitiklərinin qiymətləndirməsinə görə, bu il qol fərdi kompüterlərinin tədarük həcmi yalnız 268 min təşkil edəcək. 2014-cü ildə istehsal həcmi 10 dəfə artacaq və 2018-ci ildə 39 milyon təşkil edəcək.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, sentyabrın 4-də “Samsung” şirkəti “Galaxy Gear” “ağıllı” saatını təqdim edib, onun vasitəsilə smartfona gələn zəngləri qəbul etmək, SMS mesajlar yığmaq, elektron məktub oxumaq, musiqi dinləmək mümkündür.

Qurğu 320x320 təsvir ölçülü 1,63 düymlük “AMOLED” ekran, 800 MHs takt tezlikli prosessor, 4 Qb həcmli fləş-yığıcı, 512 MB əməli yaddaş və 1,9 meqapiksellik rəqəmli kamera ilə təchiz edilib.

Emil Hüseynov
 



Baxış sayı: 604

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024