12px13px15px17px
Tarix:09/09/13

Gənc alimlərin III Respublika İnnovativ İdeya Yarmarkası keçiriləcək


“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti tərəfindən 16-20 sentyabr tarixlərində “Gənc alimlərin III Respublika İnnovativ İdeya Yarmarkası”nı keçiriləcək. Gənclər və İdman Nazirliyinin dəstəyi və AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq İdeya Yarmarkasının açılış mərasimi 16 sentyabr saat 12:00-da “Hilton” oteldə baş tutacaq. Açılış mərasiminə dövlət qurumlarının, AMEA, Gənclər və İdman Nazirliyinin rəsmiləri, AMEA institutlarının direktorları, gənc alim və tədqiqatçılar, KİV təmsilçiləri dəvət olunublar.
 
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatı İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədbir digər günlərdə Novxanı qəsəbəsində yerləşən “Olimpik Hotel”də davam edəcək. Tədbir çərçivəsində “Davamlı innovativ inkişafın elmi-strateji əsasları gənc alimlərin tədqiqatlarında”, “Elmi gəncliyə sərmayə - gələcəyə sərmayə: gənc alimlərin yeni elmi-innovativ işlərinin təqdimatları”, “Azərbaycan elmində innovativ inkişafın müasir göstəriciləri - gənc alimlərin baxışları”, “Humanitar elmlərdə innovasiya” mövzularında konfrans, seminar, elmi-innovativ işlərin təqdimatlarının keçirilməsi nəzərdə tutulub.
 
Tədbirdə iştirak etmək istəyən AMEA-da çalışan və müxtəlif elm sahələri üzrə araşdırmalar aparan gənc alim, doktorantlar, eyni zamanda digər elmi-tədqiqat müəssisələrində və universitetlərdə fəaliyyət göstərən elmi tədqiqatçılar anket formasını doldurub təşkilat komitəsinə elektron formada, ideyayarmarkasi2013@mail.ru ünvanına 12 sentyabr 2013-cü il saat 18:00-dək göndərə bilərlər. Anket formasının elektron variantını www.strategiya.az veb səhifəsindən əldə etmək olar.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1009

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024