12px13px15px17px
Tarix:09/09/13

“Hesab.az”da yenidən "Bakcell həftələri"


“Bakcell” abunəçiləri  “Hesab.az” onlayn xidmətlər portalının xidmətlərini istifadə edərək əlavə bonuslar qazanacaqlar. 9-15 sentyabr 2013-ci il tarixində  “Hesab.az” portalında sayca beşinci olan "Bakcell həftələri" adlı olan kampaniyaya start veriləcək. Bu günlər ərzində  “Hesab.az” portalı qeydiyyatdan keçən istifadəçilər, “Bakcell” xidmətləri üzrə aparılan 10 manatadək əməliyyatlara görə hər 1 manata 200 bonus xalı qazanacaqlar.
 
10 manatdan 20 manatadək  aparılan ödənişlərin  hər 1 manatı istifadəçilərə 300 bonus xalı qazandıracaq  və nəhayət, 20 manatdan çox ödəniş edənlər ödədikləri hər 1 manata 400 bonus xalı qazanacaqlar. Bonus xalları ilə “Bakcell” abunəçiləri “Hesab.az” hərraclarında xüsusi hədiyyələr əldə edə biləcəklər. 
 
Kampaniya ərzində portaldakı hərraclara müxtəlif çeşiddə hədiyyələr çıxarılır. Auksionlarda iştirak etmək üçün istifadəçilər  “Hesab.az” portalında qeydiyyatdan keçməlidirlər  və ən azı 20 min bonus xalı toplamalıdırlar.

RƏVAN
 



Baxış sayı: 850

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024