12px13px15px17px
Tarix:10/09/13

“Opera Software” şirkəti “iPad” üçün brauzer təqdim edib

 
“Opera Software” şirkəti “iPad” üçün "Coast” adlı brauzer təqdim edib. 
 
Tərtibatçılar bildirirlər ki, mobil və ya kompüter brauzerlərinin varisi olan digər brauzerlərdən fərqli olaraq “Coast” planşet sahiblərinin ehtiyacları nəzərə alınaraq layihələşdirilib.
 
“Coast”da brauzerlər üçün əksər ənənəvi elementlər yoxdur. İdarəetmə əl hərəkətləri ilə həyata keçirilir. Belə ki, “İrəli” və “Geri” düymələrinin funksiyaları ekran üzrə barmağı sola və sağa (swipe) hərəkətə gətirməklə yerinə yetirilir.  
 
Brauzerdə açılan saytları avtomatik yoxlayan və təhlükə aşkar edildikdə istifadəçini xəbərdar edən təhlükəsizlik sistemi quraşdırılıb.  
 
Brauzer pulsuzdur və “iOS 6” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “iPad” planşet kompüterləri üçün uyğundur. “Coast”u “App Store” internet mağazasından yükləmək mümkündür.  
 
Qeyd edək ki, "Opera Software” şirkəti kompüterlər üçün "Opera”, mobil qurğular üçün “Opera Mobile” və “Opera Mini” brauzerlərini buraxır, "Lenta www.lenta.ru” yazır.



Baxış sayı: 727

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024